“Azərbaycan yığması ilə oyun çətin sayıla bilməz”
13.10.2009 - 17:03
“Azərbaycan milli komandası ilə oyun çətin sayıla bilməz”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadın futbolçulardan ibarət İsveç milli komandasının baş məşqçisi Tomas Dinnerbyu deyib.
Dünya çempionatının seçmə mərhələsinin oktyabrın 24-də keçiriləcək qarşılaşmasında Azərbaycan yığmasının qonağı olacaq skandinaviyalı gözəlçələrin çalışdırıcısı komandasını bu oyunun favoriti sayır: “Azərbaycanla görüşə sırf futbol baxımından yanaşsaq, çətinliklə üzləşməyəcəyik. Lakin uzun yol qət etməyimiz bizə əziyyətə sala bilər”.
Qeyd edək ki, millimizlə oyundan 4 gün sonra Belçika ilə qarşılaşacaq İsveç yığması hazırlıqlarını Almaniyada keçirəcək. Skandinaviyalılar Azərbaycan yığmaları üçün də doğmaya çevrilən Frankfurtda hazırlaşacaq.

0
0