“İrəli millimiz, irəli futbol! Sevindir xalqını, vur daha bir qol!” - FOTO
13.10.2009 - 17:37
“İrəli millimiz, irəli futbol! Sevindir xalqını, vur daha bir qol!” - FOTO
Sabah dünya çempionatının seçmə qrup mərhələsində Rusiyaya qarşı keçiriləcək matçda Azərbaycan milli komandasının azarkeşlərinə sürpriz hazırlanıb. Apasport.az saytının məlumatına görə, AFFA-nın təşəbbüsü ilə üzərinə iki şüar yazılmış 30 min vərəq çap olunub. Bunlar “Azəri irəli, topu vur içəri!!!!!” və “İrəli millimiz, irəli futbol! Sevindir xalqını, vur daha bir qol!” şüarlarıdır.

Qeyd olunan şüarların yazıldığı vərəqlər hər bir oturacağın üstündə olacaq. Tofiq Bəhramov adına Respublika stadionuna təşrif buyuracaq azarkeşlər bu vərəqdəki şüarları oxuyaraq, yığmamıza dəstək ola biləcəklər. Onu da əlavə edək ki, bunların hazırlanmasında əsas məqsəd fanatların eyni vaxtda və daha təsirli şüarlarla milli komandamızın futbolçularını həvəsləndirməsidir.
0