Fatih Təkkə “Qalatasaray”la anlaşdı
14.10.2009 - 12:47
UEFA kuboku və Superkubokunun qalibi olan türkiyəli futbolçu Fatih Təkkə karyerasını vətənində davam etdirəcək. Apasport.az saytının məlumatına görə, son iki ilini Rusiya “Zenit”ində keçirən 32 yaşlı hücumçu “Qalatasaray”la anlaşıb.
Sankt-Peterburq təmsilçisi ilə müqaviləsi gələn ay bitəcək Təkkə ötən günlərdə İstanbulda gizli görüş zamanı anlaşma əldə edib. “Zenit”lə müqaviləni uzatmaq təklifini qəbul etməyən Fatih Rusiyada mövsüm bitəndən sonra “Qalatasaray”la iki illik müqavilə imzalayacaq. Bu transferin həyata keçməsində əsas təşəbbüskar klub rəhbərlərindən olan Haldun Üstünəldir. “Cim Bom”un baş məşqçisi Frank Raykaardın “Təkkə mütləq alınsın” deməsindən sonra hərəkətə keçən Üstünəl ötən həftə İstanbuldakı görüşdə protokol imzalamaqla, bu transferi bitirib. Fatihin “Qalatasaray”da yarım il üçün 750 min, gələn mövsüm üçün 2 milyon avro alacağı öyrənilib.
Qeyd edək ki, “Trabzonspor”da çıxış ilə tanınan Təkkə sonradan “Zenit”ə keçib və bu komanda ilə ölkə çempionluğunu da qazanıb.

0
0