Milli komandamız növbəti mərhələdə
14.10.2009 - 21:19
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığması (U-19) Avropa çempionatının seçmə qrup mərhələsində növbəti mərhələyə yüksəlib. Apasport.az saytının məlumatına görə, Bernard Lippertin yetirmələri İsraildə təşkil olunan seçmə mərhələnin 13-cü qrupunda 6 xalla ikinci yeri tutub. Milli komandamız bu gün qrupda keçirdiyi son matçda Danimarkaya 0:3 uduzub. Buna baxmayaraq, U-19 ikinci yerin sahibi qismində qitə birinciliyinin ikinci seçmə mərhələsində iştirak hüququna yiyələnib. Yığmamızla eyni xal toplamış Danimarka isə 1-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, milli komandamız qrupdakı digər oyunlarda İsrail (3:0 ) və Polşa (2:1) üzərində qələbə qazanıb.
Qeyd edək ki, milli komandamız qrupdakı digər oyunlarda İsrail (3:0 ) və Polşa (2:1) üzərində qələbə qazanıb.
0
0