“Bir neçə azərbaycanlı futbolçu daha yüksək səviyyəli çempionatlarda oynaya bilər”
14.10.2009 - 22:24
“Çox gözəl sınaq oyunu oldu. Hər iki komanda gözəl oyun nümayiş etdirdi”. Apasport.az saytının xəbərinə görə, bunu Rusiya yığmasının baş məşqçisi Qus Hiddink deyib.
Dünya çempionatının seçmə mərhələsinin son oyununda Azərbaycan milli komandasıyla heç-heçə (1:1) nəticələnən matçdan sonra təşkil olunan mətbuat konfransında holland çalışdırıcı yığmamızın futbolçularını tərifləyib: “Azərbaycan futbolçuları böyük istək və arzu ilə mübarizə aparırdılar. Mən bir çox ölkələrin milli çempionatlarını izləyirəm və onlara hörmətlə yanaşıram. Azərbaycan yığmasının heyətində bir neçə futbolçu var ki, onlar yüksək texnikaya malikdirlər. Həmin futbolçular da daha yüksək səviyyəli çempionatlarda oynaya bilərlər. İlk yarıda standard vəziyyətlərdən sonra öz səhvlərimiz ucbatından qapımız önündə bir neçə təhlükəli vəziyyət yarandı. Təəssüf ki, qələbə qazana bilmədik. Bu oyun gənc futbolçularımızın nəyə qadir olduğunu üzə çıxardı”.

0
0