Berti Foqts: Qazanılan xalı Azərbaycan xalqına həsr edirəm
14.10.2009 - 22:50
“İlk növbədə komandanın qazandığı xalı Azərbaycan futboluna, azərbaycan xalqına həsr edirəm”. Apasport.az saytının xəbərinə görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.
Rusiya ilə oyundan sonra təşkil olunan mətbuat konfransında alman çalışdırıcı bildirib ki, milli komandamız qələbə qazana bilərdi: “Oyuna baxanda demək olar ki, qələbə qazandıq. Təəssüf ki, yaratdığımız qol vəziyyətlərindən istifadə edə bilmədik. 3 yüz faizli qol vəziyyətini boşa verdik”.
Yığmamızın bütün futbolçularının yaxşı oynadığını bildirən Foqts əsasən üç nəfəri fərqləndirib: “Bunlar Kamran Ağayev, Vaqif Cavadov və Ruslan Abışovdur. Biz düzgün yoldayıq. AFFA rəhbərliyinə öz təşəkkürümü bildirirəm. İkinci hissədə əvəzetməyə gəlincə, bilirdim ki, Rusiya yığması hücuma keçəndə, müdafiədə boşluq yaranır. Bu səbəbdən Maksim Medvedevi Vüqar Nadirovla əvəz etdim”.

0
0