Rövnəq Abdullayevdən təbriklər
15.10.2009 - 09:43
AFFA prezidenti Rövnəq Abdullayev dünya çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya yığmasına qarşı matçdan sonra Azərbaycan milli komandasının üzvləri ilə görüşüb. Apasport.az-ın assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, Abdullayev oyununda qazanılan nəticə münasibətilə yığmamızı və futbol ictimaiyyətini təbrik edib: “Milli komandamız bu gün gözəl, baxımlı oyun nümayiş etdirdi. Fikrimcə, bu oyun azarkeşlərin də xoşuna gəldi. Bu uğur münasibəti ilə futbol ictimaiyyətini, yığmamızı, azarkeşləri təbrik edirəm. İnanıram ki, gələcəkdə də bu uğurların davamı gələcək”.
Qeyd edək ki, Azərbaycan - Rusiya görüşü 1:1 hesabı ilə nəticələnib.
Qeyd edək ki, Azərbaycan - Rusiya görüşü 1:1 hesabı ilə nəticələnib.
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
- Yığmamızın oyunu norveçlilərə həvalə olunub
0
0