“İnter”in qapıçısı rüsvay oldu, “Olimpik-Şüvəlan”lı müdafiəçi qovuldu
15.10.2009 - 09:56
“İnter”in qapıçısı rüsvay oldu, “Olimpik-Şüvəlan”lı müdafiəçi qovuldu
Unibank Premyer Liqasında çıxış edən legioner futbolçuların bəziləri dünya çempionatının Avropa zonası üzrə seçmə qrup mərhələsinin son matçlarının iştirakçısı olub. Apasport.az saytının məlumatına görə, “Neftçi”, “İnter”, “Olimpik-Şüvəlan” və “Xəzər-Lənkəran” klublarının üzvləri yığmadakı oyun sayını artırıblar. Günün qəhrəmanı və anti-qəhrəmanı “İnter”in üzvləri olub.

Riqada Unibank Premyer Liqasının növbəti oyununu xatırladan matç keçirilib. Çempionatımızın 6 futbolçusunun iştirak etdiyi görüşün qəhrəmanı Andrey Rubin olub. O, Latviyanın Moldovanı sınağa çəkdiyi qarşılaşmada dubla imza atmaqla, komandasının qələbəsinə töhfə verib. Rubin hesab 0:1 olarkən, 31 və 44-cü dəqiqələrdə latviyalılara üstünlük qazandırıb. Bu görüşdə qonaqların kapitanı, “Olimpik-Şüvəlan”lı Sergey Laşenkov meydandan qovulub.

Digər “İnter”li Georgi Lomaya isə biabır olub. Bolqarıstanla matçın ilk yarım saatında 3 top buraxan qapıçı yerini “Qəbələ”nin sabiq qapıçısı Zurab Mamaladzeyə verməli olub.

Latviya – Moldova 3:2
Andrey Rubin (“İnter”, Latviya) - 63 dəqiqə, 2 qol, sarı
Girts Karlson (“İnter”, Latviya) - 69 dəqiqə
Gennadi Solonitsin (“Simurq”, Latviya) - 27 dəqiqə (Rubini əvəzləyib)
Sergey Laşenkov (“Olimpik-Şüvəlan”, Moldova) - 30 dəqiqə, kapitan, qırmızı vərəqə
Aleksey Savinov (“Bakı”, Moldova) - 90 dəqiqə
Denis Kalinkov (“Xəzər-Lənkəran”, Moldova) - 90 dəqiqə

Estoniya – Belçika 2:0
Dmitri Kruqlov (“Neftçi”, Estoniya) - 90 dəqiqə
Taavi Rahn (“Neftçi”, Estoniya) - 90 dəqiqə

Bolqarıstan - Gürcüstan 6:2
Georgi Lomaya (“İnter”, Gürcüstan) - 30 dəqiqə, əvəzlənib, 3qol buraxıb

Litva - Serbiya 2:1
Paulius Qribauskis (“Neftçi”, Litva) - ehtiyatda qalıb
0