Dzaqoyev: Azərbaycan özünü yaxşı təşkil olunmuş komanda kimi göstərdi
15.10.2009 - 10:08
“Azərbaycan yığması özünü yaxşı təşkil olunmuş komanda kimi göstərdi. Onlar yaxşı oynamağı bacardı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya yığmasının futbolçusu Alan Dzaqoyev deyib.
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən son matçda Azərbaycan yığması ilə qarşılaşan şimallıların 19 yaşlı hücumçusu heç-heçə (1:1) nəticələnən matçla bağlı fikirlərini bildirib: “İstənilən halda, biz qalib gəlməli idik. Lakin öz imkanlarımızdan yararlana bilmədik və nəticədə heç kimi qane etməyən heç-heçə ilə kifayətləndik. Penalti epizodunda aşkar qayda pozuntusu var idi. Mən fırlanıb topu irəli atdım, müdafiəçi qarşımı ala bilməyəcəyini görüb qaydanı pozdu. İqnaşeviç bu zərbəni qaçıranda isə məyus olub, çox kədərləndim”.
Komandamızın qapısına vurulan qolda əməyi olan, sonra isə penalti qazanan Dzaqoyev bəxtsizlikdən gileylənib: “Bu mənim 90 dəqiqə oynadığım ilk oyun idi. Ona görə də yaxşı oynamaq istəyirdim. Nə isə alındı, nə isə yox. İstənilən halda, komanda qalib gəlməyibsə, tam razı qala bilmərəm. Çünki biz qalib gəlmək şanslarına malik idik”.

- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
- Yığmamızın oyunu norveçlilərə həvalə olunub
0
0