İspaniyada heykəli qoyulan futbolçu Vaqif Cavadovu təriflədi
15.10.2009 - 10:10
“Azərbaycan yığmasının oyunu alındı, bizimki isə yox. Görüşə köklənmə maksimal, heyət optimal deyildi. Sonda Azərbaycan komandası böyük diqqət qazandı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya milli komandasının sabiq kapitanı Aleksandr Mostovoy deyib.
Moskvanın “Spartak” klubundakı çıxışı ilə tanınan, karyerasının böyük hissəsini İspaniyada keçirmiş 40 yaşlı sabiq yarımmüdafiəçi dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan - Rusiya (1:1) görüşündə futbolçularımızı fərqləndirib: “Qarşılaşmadan öncə fövqəltəbii gözlədiyim şey yox idi. Hamıya aydındır ki, turnir cədvəli baxımından motivasiya yox idi. Ancaq azərbaycanlıların oyuna yaxşı kökləndikləri göz qabağında idi. Onlar nəyə qadir olduqlarını öz azarkeşlərinə göstərmək üçün alışıb-yanırdılar”.
Mostovoy Rusiya yığmasının qapısına bərabərlik qolu vuran 20 yaşlı hücumçumuz Vaqif Cavadovu da tərifləyib: “Meydan sahiblərinin vurduğu qolun müəllifi Vaqif Cavadov əla oyun keçirdi. Əgər bu futbolçu daim belə yüksək səviyyədə oynayırsa, istənilən Rusiya klubuna uyğun gələ bilər”.
Qeyd edək ki, İspaniyanın “Selta” klubunda uzun illər kapitan sarğını daşımış Mostovoyun şərəfinə Viqo şəhərində heykəl qoyulub.

0
0