Dieqo Maradona: Hamını təbrik edirəm, jurnalistlərdən başqa
15.10.2009 - 10:21
“Bu, jurnalistlər istisna olmaqla, bütün argentinalıların uğurudur. Onlar bütün seçmə mərhələ boyu məni çirkaba bulaşdırırdılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri futbol əfsanəsi Dieqo Maradona deyib.
Argentina milli komandasının baş məşqçisi yetirmələrinin Uruqvayla səfər oyunundan sonra ürəyini boşaldıb. Qələbə sayəsində dünya çempionatına vəsiqə qazanan cənubi amerikalıların çalışdırıcısı son vaxtlar aldığı məğlubiyyətə görə onu tənqid edən həmkarlarımıza olan bütün qəzəbini ortaya qoyub: “Lakin biz bu sınaqdan alnıaçıq çıxa bildik. Bu qələbəni ailəm də daxil olmaqla, argentinalılara həsr edirəm. Təbii ki, bu jurnalistlərə şamil olunmur. Mənə zibil kimi münasibət bəsləyirdilər. Əsl kişi kimi mübarizə aparan futbolçularımıza isə təşəkkür edirəm”.

- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
- Yığmamızın oyunu norveçlilərə həvalə olunub
0
0