Yoldaş İqnaşeviç, penaltini bax belə vururlar!
15.10.2009 - 10:55
Yoldaş İqnaşeviç, penaltini bax belə vururlar!
“Azərbaycan – Rusiya oyununa nə bizim futbolçular, nə də meydan sahibləri yaxşı köklənmişdi. Buna görə də qarşılaşma baxımsız alındı”. Apasport.az saytının məlumatına görə, bu sözləri SSRİ yığmasının sabiq qapıçısı Anzor Kavazaşvili deyib.

Sovet futbol məktəbinin ən yaxşı qapıçılarından biri olmuş futbol veteranı dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Rusiya oyunundan sonra penaltini vura bilməyən Segey İqnaşeviçə məsləhət verib: “Komandamızın yarısı yeni oyunçular idi ki, onlar özlərini göstərməli olsa da, bunu bacarmadı. Oyun tələsik tempdə keçirdi. Heç də hər şey alınmırdı. Amma biz uduzmadığımız üçün razı qala bilərik... Hərçənd, penaltidən qalib gələ də bilərdik. Amma 11 metrlik cərimə zərbəsini, hörmətli yoldaş İqnaşeviç, bax belə vururlar: sürət yığıb qaçırsan və qulağının yanından vurursan...”
0