“Bakıdakı oyunu tezliklə unutmaq lazımdır”
15.10.2009 - 11:10
“Bakıdakı oyunu tezliklə unutmaq lazımdır”
“Futbolçularımıza Azərbaycanla görüşdə uğursuz nəticə ilə bağlı çox düşünmək lazım deyil. Bu oyunu tezliklə unutmaq lazımdır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya milli komandasının sabiq baş məşqçisi Boris İqnatyev deyib.

Hazırda Moskvanın “Lokomotiv” klubunda məşqçi işləyən təcrübəli mütəxəssis milli komandasının 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması ilə Bakıda görüşdəki nəticəsindən (1:1) razı deyil. Bununla belə, İqnatyev hesab edir ki, bunun zərərlə yanaşı, hansısa faydası da var: “Fayda ondan ibarətdir ki, birincisi, məşqçilər korpusu heyətə tez-tez düşməyən futbolçular haqda informasiya əldə etdi. İkincisi, vərəqə limitin aşmaq üzrə olan futbolçular qorundu. Neqativ cəhət odur ki, pley-off oyunları öncəsi müsbət emosiya çox vacibdir. Əgər İqnaşeviç Azərbaycan yığmasının qapısına təyin olunan penalti zərbəsini dəqiq yerinə yetirib, nəticədə qələbə qazansaydıq, bu, həddən artıq müsbət şeylər gətirərdi. İstənilən halda, Bakıdakı nəticəyə görə çox təəssüflənməzdim”.
0