Yığmamızın 2 futbolçusu cəzalandırılacaq
15.10.2009 - 11:18
Yığmamızın 2 futbolçusu cəzalandırılacaq
19 yaşadək futbolçular arasında Avropa çempionatının I seçmə mərhələsinin növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının mübarizə apardığı XIII qrupun son turu yığmamız üçün uğursuz nəticələnib.

Danimarkaya 0:3 hesabı ilə uduzmasına baxmayaraq, meydan sahibləri – İsrail futbolçularının Polşadan xal alması sayəsində (1:1) Bernard Lippertin yetirmələri növbəti mərhələyə çıxıb. Lakin almaniyalı mütəxəssis iki futbolçunu itirib. Belə ki, Danimarka ilə görüşdə qırmızı vərəqə alan oyunçular II seçmə mərhələsinin ilk oyunlarında komandamıza kömək edə bilməyəcəklər. Son görüşün 51-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alan Pərviz Bayramov ən azı 2 oyunluq cəza alacaq. Matçın uzatma dəqiqələrində əvvəl sarı, ardından qırmızı alan Cavidan Musazadənin diskvalifikasiyası daha yüngül ola bilər.

Qeyd edək ki, komandamızın qapısına qolları 27-ci (penaltidən) və 59-cu dəqiqədə Striqer Larson, 79-cu dəqiqədə isə Nikolay Yorgensen vurub.

1

Danimarka

3

2

0

1

5-2

6

2

Azərbaycan

3

2

0

1

5-4

6

3

Polşa

3

1

1

1

4-4

4

4

İsrail

3

0

1

2

1-5

1

0