Mundiala gedən “qatar”a 9 bilet qaldı
15.10.2009 - 11:33
Mundiala gedən “qatar”a 9 bilet qaldı
Gələn ilin yayında CAR-da təşkil olunacaq dünya çempionatına qatılacaq komandalardan 23-ü məlum olub. Apasport.az saytının məlumatına görə, gələn ay keçiriləcək pley-off matçları və Afrika zonasının son seçmə oyunları yalnız son 9 vəsiqənin sahibini müəyyənləşdirəcək.

Meydan sahibi: CAR
Avropa: Danimarka, İsveçrə, Slovakiya, Almaniya, İspaniya, İngiltərə, Serbiya, İtaliya, Hollandiya
Cənubi Amerika: Braziliya, Çili, Paraqvay, Argentina
Şimali və mərkəzi Amerika: ABŞ, Meksika, Honduras
Asiya: Avstraliya, Yaponiya, Şimali Koreya, Cənubi Koreya
Afrika: Qana, Kot-d`Ivuar

9 vəsiqəyə namizədlər:
Avropa

Səpələnmişlər
- Rusiya, Fransa, Portuqaliya, Yunanıstan
Səpələnməmişlər - Bosniya və Herseqovina, Ukrayna, İrlandiya, Sloveniya

Cənubi Amerika/Şimali və mərkəzi Amerika
Kosta-Rika – Uruqvay oyununun qalibi

Asiya/Okeaniya
Bəhreyn – Yeni Zelandiya oyunlarının qalibi (ilk oyun 0:0 hesabı ilə nəticələnib)

Afrika
3 qrupun qalibi.
Bu qruplarda Kamerun. Əlcəzair və Tunis liderlik edir.
0