Vaqif Cavadov tarixə düşdü, və ya Trabzondan Bakıyadək
15.10.2009 - 11:54
Vaqif Cavadov tarixə düşdü, və ya Trabzondan Bakıyadək
Azərbaycan milli komandası Rusiya ilə dünənki oyununda 17 illik tarixi ərzində uğursuz ənənəyə son qoydu. Apasport.az saytının hesablamalarına görə, yığmamız nəhayət, seçmə mərhələnin axırıncı oyununda qol vurdu.

Bu qolun müəllifi olan Ağdamın “Qarabağ” klubunun 20 yaşlı hücumçusu Vaqif Cavadov futbol tariximizə düşdü. Əslində, yığmamız üçün həm dünya, həm də Avropa çempionatlarında son oyunlarda nəinki qol vurmaq, xal qazanmaq da böyük problem idi. Təsadüfi deyil ki, ilk seçmə mərhələni nəzərə almasaq, digərlərində bir qayda olaraq qol vurmadan uduzmuşuq.

Polşa ilə ilk xalı qazandığımız həmin görüş isə rəqibləri evdə qəbul edə bilmədiyimizdən Türkiyənin Trabzon şəhərində keçirilib. Düzdür, onda da qol vura bilməsək də, öz qapımızdan da top buraxmadıq və nəticədə rəsmi oyunlarda birinci xalımızı hesabımıza yazdıq.

Qeyd edək ki, milli komandamız son iki seçmə mərhələni Bakıda başa vurub. Özü də bunların hər ikisində yığmamızın sükanı arxasında əcnəbi mütəxəssislər - əvvəlcə makedoniyalı Qyoko Hacıyevski, daha sonra almaniyalı Berti Foqts olub.

Azərbaycan milli komandasının seçmə mərhələlərdə son oyunları

1996-cı il Avropa çempionatının seçmə mərhələsi

15 noyabr 1995-ci il. Trabzon. Azərbaycan – Polşa - 0:0
Baş məşqçi: Kazbek Tuayev

1998-ci il dünya çempionatının seçmə mərhələsi
11 oktyabr 1997-ci il. Sürix. İsveçrə – Azərbaycan - 5:0
Baş məşqçi: Vaqif Sadıqov

2000-ci il Avropa çempionatının seçmə mərhələsi
9 oktyabr 1999-cu il. Bakı. AÇ. Azərbaycan – Slovakiya - 0:1
Baş məşqçi: Əhməd Ələsgərov

2002-ci il dünya çempionatının seçmə mərhələsi
7 oktyabr 2001-ci il. Stokholm. İsveç – Azərbaycan - 3:0
Baş məşqçi: İqor Ponomaryov

2004-cü il Avropa çempionatının seçmə mərhələsi
11 oktyabr 2003. Reco di Kalabriya. İtaliya – Azərbaycan - 4:0
Baş məşqçi: Əsgər Abdullayev

2006-cı il dünya çempionatının seçmə mərhələsi
12 oktyabr 2005-ci il. Kardiff. Uels – Azərbaycan - 2:0
Baş məşqçi: Vaqif Sadıqov

2008-ci il Avropa çempionatının seçmə mərhələsi
21 noyabr 2007-ci il. Bakı. Azərbaycan – Belçika - 0:1
Baş məşqçi: Qyoko Hacıyevski (Makedoniya)

2010-cu il dünya çempionatının seçmə mərhələsi
14 oktyabr 2009-cu il. Bakı. Azərbaycan – Rusiya – 1:1
Baş məşqçi: Berti Foqts (Almaniya)
0