Milli komanda baş məşqçisiz qaldı
15.10.2009 - 12:40
Dünya çempionatının seçmə mərhələsinin son oyunları baş məşqçi istefalarına start verib. Apasport.az saytının məlumatına görə, İqor Dobrovolski Moldova yığmasını tərk edib. Azərbaycan çempionatında top qovan Sergey Laşenkov (“Olimpik-Şüvəlan”), Denis Kalinkov (“Xəzər-Lənkəran”) və Aleksey Savinovun (“Bakı”) çıxış etdiyi millinin baş məşqçisi Latviya ilə Riqadakı görüşdən sonra işsiz olduğunu açıqlayıb: “Bu mənim üçün emosional oyun oldu. Moldova yığmasının baş məşqçisi kimi son matçım idi. Əla oyun göstərən futbolçularıma təşəkkür edirəm. Onlar uzun müddət azlıqda oynasa belə, bacardığını etdi”.
Mütəxəssis Laşenkovun 30-cu dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulmasına da münasibət bildirib: “Qırmızı vərəqə və rəqibin 2 qolundan danışmaq istəmirəm. Latviyanın oyunlarında hakimlik belə olsa, onlar çox uzağa gedəcəklər”.

0
0