6 ayda üçüncü baş məşqçi istefası
15.10.2009 - 13:38
6 ayda üçüncü baş məşqçi istefası
Çexiya milli komandası baş məşqçisiz qalıb. Apasport.az saytının məlumatına görə, dünya çempionatının seçmə mərhələsinin son oyununda Şimali İrlandiya ilə heç-heçədən sonra İvan Qaşek istefa verib.

İstefası qəbul olunarsa, o Çexiya yığmasının 2009-cu ildə vəzifəsini tərk edən üçüncü baş məşqçisi olacaq. 2010-cu ildə keçiriləcək dünya birinciliyinin seçmə mərhələsinə Peter Radanın rəhbərliyi altında başlayan çexlər 6 ay əvvəl onunla yollarını ayırmışdı. Həmin vaxt onu əvəzləyən Frantişek Straka iyula qədər bu postda qalıb. Onu əvəzləyən Qaşek də cəmi 3 ay işləyə bilib. Strakanın istefasından sonra yığma heç vaxt uduzmasa da, Slovakiya və Sloveniyadan sonra III yer tutmaq Qaşeki qane etməyib. Baş məşqçi postuna yığmada köməkçi məşqçi işləyən Mihal Bilekin təyin olunacağı gözlənilir.