Andrey Rubin: Heç özüm də anlamadım, necə oldu ki, 2 qol vurdum
15.10.2009 - 13:52
“Qələbə qazandığımız üçün çox sevinirik. Yunanıstanla matçdan sonra oynamaq çox çətin idi. Çünki həmin qarşılaşmada hər şey həll olunmuşdu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun futbolçusu Andrey Rubin deyib.
Latviya milli komandasının Moldova ilə seçmə oyununda 2 qolun müəllifi olan 31 yaşlı yarımmüdafiəçisi qarşılaşmadan sonra matçla bağlı fikirlərini açıqlayıb: “Lakin biz böyük qüvvə sərf edərək, qalib gəlməli stadiona təşrif buyuran azarkeşləri sevindirməli idik. Bir dəfə - 2004-cü ildə final mərhələsinə çıxmışdıq. Bunu bacarmışıqsa, deməli, yenə təkrarlaya bilərik. Düşünürəm ki, növbəti seçmə mərhələ daha uğurlu olacaq. Axı yeni gənc oyunçular da bizə qoşulacaq. Biz isə heyətdəki yerimizi qorumağa çalışacağıq. Heç özüm də anlamadım, necə oldu ki, 2 qol vurdum. Lakin bu uğura sevinməyə də vaxtım yoxdur. “İnter”in heyətində vacib oyunlarımız var”.
Qeyd edək ki, Latviya – Moldova oyunu 3:2 hesabı ilə başa çatıb.

0
0