Kamran Ağayev: Görsəm belə davam edəcək, daha futbol oynamaram
15.10.2009 - 14:17
“Nə qədər futbol oynayıramsa, deməli, gücümə inanıram. Rusiya, Almaniya, Braziliya kimi komandalarla oynayıb nəyə qadir olduğumuzu bilməliyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev deyib.
“Xəzər-Lənkəran” klubunun 23 yaşlı qapıçısı dünya çempionatının Rusiya ilə seçmə oyununda qol buraxdığı üçün məsuliyyəti üzərinə götürüb: “Həmişə demişəm ki, öz meydanında 1:1 oynamaq rəqibin qələbəsidir. İndi də belə oldu. Penaltini qaytarmağıma gəlincə, heç nə təsadüfən olmur. Mənim işim topu tutmaq idi, onu da etdim. Xalqımızdan üzr istəyirəm ki, Azərbaycan torpağında qol buraxdım. Bağışlasalar da, bağışlamasalar da, sağ olsunlar. Uduzmağı xoşlamıram, bacarmıram. Görsəm belə davam edir, daha futbol oynamaram. Qoy yerimə başqası gəlib dursun. Bəlkə xeyri oldu. Biz isə gəncik. Belə davam etsək, növbəti oyunları da udmalıyıq. Rusiya ilə oyunda isə imkanlarımız oldu fərqlənə bilmədik. Ustalıq çatmadı”

0
0