Rusiya hökuməti mərkəzi arenadakı qalmaqalı araşdıracaq
15.10.2009 - 16:44
Rusiya hökuməti mərkəzi arenadakı qalmaqalı araşdıracaq
2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan və Rusiya milli komandaları arasında Bakıda keçirilmiş oyunda baş verənlər Rusiya hökuməti səviyyəsində müzakirə olunacaq. Apasport.az saytının məlumatına görə, Ümumrusiya Azarkeşlər Birliyinin prezidenti Aleksandr Şprıgin milli komandalarının qarşısında səfər oyunlarında azarkeşlərinin qorunması ilə bağlı hökumətə müraciət etməyi planlaşdırdıqlarını bildirib.

Yəni Bakıda baş verən xoşagəlməz olaydan nəticə çıxaran şimal qonşularımız bunun təkrarlanmamasını istəyir. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun zamanı tribunalarda rusiyalı və azərbaycanlı azarkeşlər arasında baş verən iğtişaş, dava-dalaş böyük əks-səda doğurub: “Biz hadisənin bütün təfərrüatını öyrənib, bundan sonra tədbir görəcəyik. Çərşənbə günü qurumuzun konfransı olacaq. Orada Rusiya hökumətinin üzvləri də iştirak edəcək”.
0