Bursada Azərbaycan bayrağına görə 4 nəfər saxlanılıb
15.10.2009 - 16:56
Bursada Azərbaycan bayrağına görə 4 nəfər saxlanılıb
Dünən Türkiyə və Ermənistan yığmaları arasında Bursa şəhər Atatürk stadionunda baş tutan qarşılaşmada polis 4 nəfəri saxlayıb. Apasport.az saytının məlumatına görə, bu şəxslər stadiona enərək, Azərbaycan bayrağını meydana sərmək istəyiblər.

Bursa şəhər valisi Şahabettin Harput saxlanılan şəxslərin özlərinə “Gənc Adsızlar” adı verən qrupa mənsub olduqlarını bildirib. Bursa şəhər valisi bu 4 şəxsin Azərbaycan bayrağı ilə şou göstərmək və dünyaya mesaj vermək üçün əvvəlcədən plan üzrə hərəkət etdiklərini vurğulayıb. “Bu çox önəmli bir hadisədir. Bu şəxslər stadiona necə enmək üçün xüsusi kurs keçiblərmiş. Allahın köməkliyilə bizim hüquq-mühafizə orqanı işçiləri bu şəxslərin planlarını həyata keçirməyə izn vermədi” - deyə Bursa şəhər valisi Şahabettin Harput bildirib.

anspress.com
0