Dünyanın ən çox qazanan 20 məşqçisi - FOTOSESSİYA
15.10.2009 - 17:52
Dünyanın ən çox qazanan 20 məşqçisi - FOTOSESSİYA
Dünyanın ən bahalı futbol məşqçilərinin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, illik gəlirlərinə əsasən ilk “20-lik”də qərarlaşan mütəxəssislərin sıralamasında birinci yer Özbəkistan “Bunedkor”unun baş məşqçisi Luis Felipe Skolariyə məxsusdur. İtaliyanın “İnter” klubu isə müqaviləsi bitməyən baş məşqçisini qovduğu üçün birdən-birə 2 mütəxəssisə pul verməkdə davam edir. Məhz Milan təmsilçisi məşqçilərə görə ən çox xərcə düşən komandadır. Türkiyə milli komandası, həmçinin “Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş” da məşqçilərə münasibətdə öz səxavəti ilə fərqlənir.


1. Luis Felipe Skolari (“Bunedkor”, Özbəkistan) - 12,5 milyon avro
2. Joze Mourinyo (“İnter”, İtaliya) – 11 milyon avro
3. Fabio Kapello (İngiltərə) – 8,5 milyon avro
4. Arsen Venger (“Arsenal”, İngiltərə) – 6,6 milyon dollar
5. Karlo Ançelotti (“Çelsi”, İngiltərə) – 6 milyon avro
6. Roberto Mançini (“İnter”, İtaliya) - 6 milyon avro (klubdan qovulsa da əmək haqqı ödənilir)
7. Aleks Ferqyusson (“Mançester Yunayted”, İngiltərə) - 6 milyon dollar
8. Manuel Pelleqrini (“Real” Madrid, ispaniya) – 5,6 milyon dollar
9. David Moyes (“Everton”, İngiltərə) – 5,26 milyon dollar
10. Lui van Qaal (“Bavariya”, Almaniya) – 5,2 milyon avro
11. Qus Hiddink (Rusiya) – 5 milyon avro
12. Covanni Trapattoni (İrlandiya) - 4,6 milyon avro
13. Rafael Benites (“Liverpul”, ingiltərə) - 4 milyon dollar
14. Frank Raykaard (“Qalatasaray”, Türkiyə) - 4 milyon avro
15. Kristof Daum (“Fənərbaxça”, türkiyə) – 4 milyon avro
16. Mark Hyuz (“Mançester Siti”, İngiltərə) – 3,28 milyon avro
17. Mustafa Dənizli (“Beşiktaş”, Türkiyə) – 2,5 milyon avro
18. Pep Qvardiola (“Barselona”, İspaniya) - 2 milyon dollar
19. Fatih Terim (Türkiyə) – 1,4 milyon avro
20. Dieqo Maradona (Argentina) – 1,2 milyon dollar
0