FİFA AFFA-nı cəzalandıra bilər
16.10.2009 - 09:40
İki gün öncə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan və Rusiya yığmaları arasında keçirilən görüşdə baş verən qalmaqal FİFA-nın gələn həftə baş tutacaq iclasında müzakirə olunacaq. Apasport.az saytının məlumatına görə, ali futbol qurumu 1:1 hesabı ilə nəticələnən oyunun gedişində azarkeşlər arasında yaşanan çaxnaşmanın günahkarlarını müəyyənləşdirdikdən sonra qərar verəcək.
Qərarın nəticəsi qarşılaşmanın komissarı Stanislav Spejikin FİFA-ya təqdim etdiyi raportda baş verənləri necə göstərməsindən də asılı olacaq. Sənəddə yazılanlara əsaslanan FİFA ya Azərbaycan, ya da Rusiyaya qarşı cəza tətbiq edəcək. Komissar baş verənləri təhlükəsizliyin təşkilinin aşağı səviyyədə olması ilə bağlı olduğunu düşünürsə, AFFA cəzadan yaxa qurtara bilməyəcək. Əgər raportda qonaq azarkeşlərin qalmaqala səbəb olduğu əks olunubsa, Rusiya Futbol İttifaqı (RFİ) cərimələnəcək.

- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0