Yığmanın baş məşqçisi federasiyada vəzifə istəyir
16.10.2009 - 10:09
Yığmanın baş məşqçisi federasiyada vəzifə istəyir
Dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməyən daha bir komanda baş məşqçisi ilə vidalaşıb. Apasport.az saytının məlumatına görə, Cənubi Amerika zonasında uğursuz çıxış edən Kolumbiya yığmasının çalışdırıcısı Eduarde Lara postunu tərk etməyə qərar verib.

Lakin 9 komanda arasında VI yerlə kifayətlənən millidən ayrılan mütəxəssis işsiz qalmaq fikrindən uzaqdır: “Yığmanın baş məşqçisi postundakı fəaliyyətimə son qoyuram. Bundan sonra futbol federasiyasında çalışacağam”.

Qeyd edək ki, kolumbiyalılar seçmə mərhələnin 18 matçında 6 qələbə qazanıb, 5 heç-heçə edib və 7 dəfə uduzub. Top fərqi 14:18-dir.