Fatih Terimi Ermənistan yığmasına çağırırlar
16.10.2009 - 10:45
Fatih Terimi Ermənistan yığmasına çağırırlar
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Türkiyə - Ermənistan matçının siyasiləşməsi qarşılaşmanın hələ də gündəmdə qalmasına səbəb olub. Apasport.az saytının məlumatına görə, Bursa şəhərində baş tutan görüşdən 2 gün keçsə də, erməni jurnalistlər görüş haqda yazılardan əl çəkmirlər.

Belə ki, mövzu ilə bağlı müxtəlif səpgili xəbərlər yayan Ermənistan mediası daha bir maraqlı iddianı ortaya qoyub. Konkret olaraq, ermənilər indi də Fatih Terimi ələ keçirmək istəyirlər: “Türkiyə həqiqətən də bizimlə dost olmaq istəyirsə, Fatih Terimi bizə versin”.

Xatırladaq ki, “Qalatasaray”la UEFA kubokunu, Türkiyə yığması ilə Avropa çempionatının bürünc mükafatını qazanan 56 yaşlı mütəxəssis milli komandanın baş məşqçi postunu Ermənistan üzərində 2:0 hesablı qələbə qazandıqdan sonra tərk edib.
0