Azərbaycan klub rəhbərlərinin diqqətinə!
16.10.2009 - 13:00
Azərbaycan klub rəhbərlərinin diqqətinə!
2010-cu il dünya çempionatının seçmə mərhələsi tam yekunlaşmasa da, Avropa zonasının qrup oyunları arxada qalıb. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasında çıxış edən 10 legioner öz ölkəsinin milli komandasının heyətində bu mərhələnin iştirakçısı olub. Onlardan 4-ü Latviya, 3-ü Moldova, 2-si Estoniya, 1-i isə Gürcüstan yığmasının şərəfini qoruyub. Klublarımızdan “İnter” 4, “Neftçi” 2, “Bakı”, “Simurq”, “Olimpik-Şüvəlan” və “Xəzər-Lənkəran” hərəyə 1 legioneri üçün azarkeşlik edib.

Sözügedən futbolçulardan Girts Karlson, Vladimir Kolesniçenko, Denis Kalinkov, Georgi Lomaya və Taavi Rahn seçmə mərhələnin hamısını yox, müəyyən hissəsini Azərbaycan klubunda keçirib. Digər 5 oyunçuya gəlincə, Andrey Rubin bütün oyunlarda iştirakı və daha çox qol vurması ilə 10 legioner arasında ən yaxşıdır. Qırmızı vərəqə alan və 6 dəfə kapitan sarğısını daşıyan Sergey Laşenkov qalan 9 oyunçudan seçilir. Ümumilikdə isə Unibank Premyer Liqasının oyunçuları Avropa zonasında üst-üstə 52 matç keçirib, 3 qol vurub.

Meydana çıxmaq şansı qazanan 10 futbolçu ilə yanaşı, Admir Teli (“Qarabağ”, Albaniya), Paulius Qribaiuskis (“Neftçi”, Litva) və Teymuraz Qonqadze (“Simurq”, Gürcüstan) öz yığmasına cəlb olunsa da, ehtiyat oyunçular skamyasında oturub. Teli Ağdam təmsilçisinə keçdikdən sonra milli komandadakı “kitabı bağlanıbsa”, o birilər ümumiyyətlə seçmə mərhələdə çıxış etməyib. Albaniyalı isə 2 matçda forma geyinmək şansı qazanıb ki, bunlar da onun Azərbaycan klubuna transferinə qədər gerçəkləşib.

Qeyd edək ki, 10 avropalıdan başqa, daha 4 legioner çempionatımızda oynadığı vaxt dünya çempionatına vəsiqə uğrunda mübarizə aparan milli komandada oynayıb. Bunlar Türkmənistan yığmasının üzvləri Nazar Bayramov, Məkan Nəsirov, Məmmədəli Karadanov və burkina-fasolu Narsis Yameoqodur.

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

Girts Karlson

“İnter”

Latviya

10

726

2

1

0

4

315

0

0

 

Andrey Rubin

“İnter”

Latviya

10

509

2

1

0

10

509

2

1

0

Sergey Laşenkov

“Olimpik-Şüvəlan”

Moldova

9

750

0

3

1

9

750

0

3

1

Vladimir Kolesniçenko

“İnter”

Latviya

9

638

1

1

0

2

180

0

0

0

Georgi Lomaya

“İnter”

Gürcüstan

8

659

-12

1

0

3

210

-7

0

0

Dmitri Kruqlov

“Neftçi”

Estoniya

8

655

0

0

0

8

655

0

0

0

Aleksey Savinov

“Bakı”

Moldova

7

592

0

1

0

7

592

0

1

0

Gennadi Solonitsin

“Simurq”

Latviya

7

353

0

0

0

2

39

0

0

0

Taavi Rahn

“Neftçi”

Estoniya

6

540

0

1

0

3

270

0

1

0

Denis Kalinkov

“Xəzər-lənkəran”

Moldova

6

518

1

0

0

4

360

1

0

0



Qeyd: 1 – futbolçu, 2 – klubu, 3 – milli komandası, 4 – seçmə mərhələdə oyun, 5 – dəqiqə, 6 – qol, 7 – sarı, 8 – qırmızı, 9 – Unibank Premyer Liqasından çağırıldığı vaxt keçirdiyi oyun, 10 – dəqiqə, 11 - qol, 12 – sarı, 13 – qırmızı.