“Həmin hakim “Neftçi”dən pul almışdı”
16.10.2009 - 13:26
“1966-cı ildə keçirilən dünya çempionatının final oyununda Tofiq Bəhramov səhv etmişdi. O fiziki cəhətdən topun sıçrayışını dəqiq görə bilməzdi”. Apasport.az saytının məlumatına görə, bunu sabiq rusiyalı FİFA referisi Sergey Xusainov deyib.
Keçmiş SSRİ-nin tanınmış hakimlərindən olan Xusainov həmyerlimiz Tofiq Bəhramovun 43 il öncə İngiltərə və Almaniya yığmaları arasında “Uembli” stadionunda keçirilən dünya çempionatının final oyununda (4:2) səhv etdiyini düşünür. Onun fikrincə, həmin görüşdə yan xətt hakimi funksiyasını yerinə yetirmiş azərbaycanlı hakim topun qapı xəttini keçməsi ilə bağlı ingilislərin xeyrinə çıxardığı qərar yanlışdır: “İngiltərənin şahzadəsi oyundan sonra hakimlərə qızıl fitlər bağışladı. Bəhramov FİFA-nın Hakimlər Komitəsinin üzvü Latışevə yaxınlaşıb, soruşdu: Mən düzgün hərəkət etdim? Cavab belə oldu: Sən şahzadənin xeyrinə hərəkət etdin...”
Hakimlərin rüşvət alması barədə də danışan Xusainov Bakının “Neftçi” klubunun “bostanına daş atıb”: “Neftçi” – “Dnepr” oyununda meydan sahiblərini, sadəcə öldürürdülər. Siyasi şura səviyyəsində qalmaqal var idi. Bir müddət keçir, həmin matçın baş hakiminin mənzilini qarət edirlər. Aydın məsələdir ki, heç kimi tutmurlar. Sonradan Bakıya gəldiyim zaman məsələni aydınlaşdırmağa çalışıram. Mənə belə cavab verirlər: “Sən nə istəyirdin? Bacarmırsansa, alma. Almısansa, et. Etmədinsə, qaytar. “Mən hələ sizə lazım olaram” kimi söhbətlər isə heç kimə lazım deyil. Təbii ki, həmin hakim hər iki komandadan pul almışdı. Biz hakimlər heç kimin bunu bilməyəcəyi ümidi ilə özümüzə təsəlli veririk. İçki məclisində isə inzibatçı hansı hakimə nə qədər verdiklərini, digərinə nəsə ötürdüklərini danışır”.

0
0