“Bakı”da 2 yubiley
16.10.2009 - 13:49
Unibank Premyer Liqasının VII turu “Bakı” klubu üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, “Turan”la Tovuzdakı qarşılaşmada ölkəmizdəki debütü rəsmiləşəcək Bülənt Korkmaz 2 yubileyin qeydə alınmasına şahid ola bilər.
Bakılıların yeni baş məşqçisi klubun tarixində ən “köhnə” futbolçulara şans verəcəyi halda, həm də “Bakı”nın rekordu dəyişəcək. Belə ki, meydana çıxacaqları halda komandanın kapitanı Rafael Əmirbəyov və Fernando Peres çempionatda 100-cü dəfə klubun formasını geyəcək.
2004-cü ildə yaranan “Bakı”nın 5 illik tarixi ərzində çempionatda hamıdan çox oyun keçirən iki futbolçudan hansı meydana çıxarsa, 99-a bərabər olan şərikli rekordu 100-ə çatdırmış olacaq. Onlar həm də bu həddə çatan ilk oyunçu kimi tarixə düşəcəklər. Argentinalı hücumçu elə 2004-cü yayından “Bakı”nın şərəfini qoruyur. Əmirbəyov isə hələ “Dinamo” vaxtlarında da klubun formasını geyib və üst-üstə 150-dən çox qarşılaşmada meydana çıxıb.
Lakin bu matçların yalnız 99-u beş il əvvəl yeni klub kimi qeydiyyatdan keçən “Bakı”nın oyunlarına təsadüf edib.

mövsüm | Rafael Əmirbəyov | Fernando Peres |
2004/05 | 22 oyun | 26 oyun (13 qol) |
2005/06 | 18 | 18 (6) |
2006/07 | 15 (1) | 9 (6) |
2007/08 | 23 | 24 (8) |
2008/09 | 20 | 21 (7) |
2009/10 | 1 | 1 |
Cəmi | 99 (1) | 99 (40) |
0
0