Valdas İvanauskas “Xəzər-Lənkəran”ın ənənəsinə son qoyacaqmı?
16.10.2009 - 14:56
“Xəzər-Lənkəran” üçün Unibank Premyer Liqasının növbəti turunda oyun keçirəcəyi Sumqayıt düşərli məkandır. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi Mehdi Hüseynzadə adına şəhər stadionunda keçirdiyi 9 oyunun hamısında qalib gəlməklə, maksimal nəticə göstərib.
Lənkəranlılar debüt mövsümündə (2004/05) stadionu təmir olunduğu üçün rəqiblərini bir müddət Sumqayıtda adıçəkilən arenada qəbul edib. Komanda tarixində ilk rəsmi qələbəsini də məhz həmin vaxt qazanıb: 2004-cü ilin avqustunda 12-də Bakının “Şəfa” klubunu məğlub (2:1) etməklə. Həmin tarixi qələbəni komandada müxtəlif vaxtlarda kapitan sarğısını daşımış Samir Əliyevlə Bəxtiyar Musayevin vurduğu qollar qazandırıb.
“Xəzər-Lənkəran” Sumqayıtda nominal meydan sahibi kimi beş oyunun hamısında qalib gəlib. Mehdi Hüseynzadə adına şəhər stadionunda 4 dəfə yerli “Gənclərbirliyi” klubunun qonağı olan cənub təmsilçisi həmin görüşlərdə də meydanı qalib kimi tərk edib. Sumqayıtda keçirdiyi oyunda rəqib qapısından 20 top keçirən “Xəzər-Lənkəran” cəmi iki qol buraxıb.
Lənkəranlılar XII tur çərçivəsində sabah Sumqayıtda cari mövsümdən bu şəhəri təmsil edən “Standard”ın qonağı olacaq. Maraqlıdır, hələ çempionatımızda qələbə qazanmayan 43 yaşlı litvalı mütəxəssis Valdas İvanauskas hazırkı komandası ilə “Xəzər-Lənkəran”ın bu uğurlu ənənəsinə son qoya biləcəkmi?

0
0