Azərbaycan yığması dünyada 11-cidir! - STATİSTİKA
16.10.2009 - 15:07
Azərbaycan yığması dünyada 11-cidir! - STATİSTİKA
Azərbaycan milli komandası inkişaf sürəti baxımından dünyada 11-ci yeri tutur. Apasport.az saytının məlumatına görə, FİFA reytinqində 139-cu sıradan 125-ci yerə yüksələn yığmamız 14 pilləlik sıçrayışa nail olub. Berti Foqtsun yetirmələri bu göstəricidə planetin yalnız 10 komandasından geri qalır.

Cədvəldəki 207 kollektivdən ən yaxşı irəliləyişə Farer adaları nail olub. Onlar 163-cü pillədən 122-ci yerə qalxmaqla, 41 addım irəli gedib. Farerlilərlə yanaşı, Ermənistan 25, Haiti 23, Kolumbiya 18, Peru, Yeni Zelandiya 17, Kamerun, Əlcəzair, Malavi, Qazaxıstan 15 pillə irəliləyib. Bu “onluq”dan sonrakı yeri də yığmamızla Çernoqoriya bölüşür – hərəyə 14 pillə.

Qeyd edək ki, geriləyən yığmaların siyahısında Afrika təmsilçiləri “liderlik” edir. Liviya 38, Syerra Leone 31, Konqo və Niger 28 addım aşağı yuvarlanıb.