“Mançester Yunayted” klubunun 4 futbolçusu Bakıya gəlir
16.10.2009 - 15:30
İngiltərənin 17 yaşadək futbolçulardan ibarət milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının I seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda mübarizə aparacaq britaniyalılar qarşıdakı matçlarda 18 futbolçuya güvənəcək.
Baş məşqçi Con Pikok Bakıda keçiriləcək oyunlarda tanınmış klubların istedadlı gənclərinə bel bağlayacaq. Bunlar Benik Afobe (“Arsenal”), Ross Barkli, Luke Qarbutt (hər ikisi “Everton”), Saido Berahino, Corc Torn (hər ikisi “Vest Bromviç Albion”), Cek Butland (“Birminhem Siti”), Coş Mak Ehran, Nataniel Şaloba (hər ikisi “Çelsi”), Sam Constoun, Uiyam Kin, Ravel Morrison, Tom Torp (hamısı “Mançester Yunayted”), Luis Lainq (“Sanderlend”), Bruno Pilatos, Luke Uilyams (hər ikisi “Midlsbro”), Cek Robinson, Andre Visdom (hər ikisi “Liverpul”), Konnor Vikhemdir (“İpsviç”).
Qeyd edək ki, Azərbaycan və İngiltərə ilə yanaşı, Qazaxıstanla Serbiya da bu qrupda mübarizə aparacaq.

0
0