Fransa da Azərbaycanın yolu ilə gedir
16.10.2009 - 15:44
Fransa da Azərbaycanın yolu ilə gedir
Fransa futbol çempionatında oktyabrın 28-də keçirilməsi nəzərdə tutulan XI turun oyunları təxirə salınıb. Apasport.az saytının məlumatına görə, buna səbəb milli komandanın dünya çempionatının pley-off oyunları bir qədər də yaxşı hazırlaşmasına imkan yaratmaqdır. XI turun matçları 10, 15 və 16 dekabra təyin olunub.

Dünya çempionatının pley-off qarşılaşmaları isə noyabrın 14-də və 18-də gerçəkləşəcək. Fransızların rəqibi Ukrayna, Sloveniya, İrlandiya və ya Bosniya və Herseqovina yığmalarından biri olacaq. Bu mərhələnin püşkü oktyabrın 19-da atılacaq.

Qeyd edək ki, dünya çempionatının seçmə mərhələsinə görə Azərbaycan Unibank Premyer Liqasında da III turun oyunları təxirə salınmışdı.