“Stadiondakı qalmaqala görə, FİFA-nın sanksiyasına hazırıq”
16.10.2009 - 16:46
“Stadiondakı qalmaqala görə, FİFA-nın sanksiyasına hazırıq”
Rusiya Futbol İttifaqı (RFİ) Tofiq Bəhramov adına Respublika stadionunda baş verən insidentlə bağlı FİFA-nın cəzasını qəbul etməyə hazırdır. Apasport.az saytının məlumatına görə, RFİ-nin mətbuat xidmətinin rəhbəri Andrey Malosolov FİFA-nın mümkün sanksiyasından çəkinmədiklərini bildirib.

Yəni, ruslar milli komandalarının yığmamızla rəsmi görüşünü keçirdiyi Bakıdakı arenada azarkeşlər arasında baş verən toqquşmaya görə çıxarılacaq istənilən qərara hörmətlə yanaşacaq. Kimin bunda daha çox məsuliyyət daşımasına isə gələn bazar ertəsi aydınlıq gələcək və bu, daha çox oyunun komissarı Stanislav Spejikin hesabatından asılı olacaq.

Malosolov bildirib ki, FİFA-ya hadisə ilə bağlı öz baxışlarını təqdim etməyə hazırdırlar: “Əgər sanksiya ilə bağlı qərar qəbul olunarsa, FİFA-nın tələblərinə tabe olmağa hazırıq”.