Berti Foqtsun rəqibi danışdı: Mən supermen deyiləm
16.10.2009 - 17:22
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) futbol yığmasının baş məşqçisi Sreçko Katanets noyabrda Dubay turniri çərçivəsində Azərbaycana qarşı keçiriləcək oyunun əhəmiyyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, 46 yaşlı sloveniyalı yarışda iştirak etməkdə əsas məqsədin Asiya çempionatının seçmə mərhələsində Malayaziya ilə matça hazırlaşmaq olduğunu nəzərə çatdırıb.
“Qarşıdakı turnir komandadakı vəziyyəti aydınlaşdırmaq üçün mənə çox vacibdir. Axı, mən supermen deyiləm ki, bir neçə məşq və 2 yoxlama oyunu sayəsində komandaya tam bələd olum. Yarışdan sonra yığma haqda fikirlərim daha dolğun olacaq” - deyə Katanets vurğulayıb.
Özü də əcnəbi məşqçi Belçikanın da Dubaya gələcəyini bildirib. Halbuki, milli komandamızın baş məşqçisi Berti Foqts yarışda rəqiblərimizin İraq, BƏƏ və Səudiyyə Ərəbistanı olacağını söyləmişdi. Görünür, ya Katanets yanılır, ya da iştirakçılar baxımından dəyişiklik olub.
Qeyd edək ki, bu ilin aprelində Makedoniya yığmasının baş məşqçi postundan istefaya göndərilən Katanets iyulun 21-dən BƏƏ milli komandasını çalışdırır.

0
0