Dünyanın 11 ən məşhur yalançısı
16.10.2009 - 17:53
Dünyanın 11 ən məşhur yalançısı
Almaniyanın news.de saytı dünyanın 11 ən məşhur yalançısını müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, müxtəlif sahənin nümayəndələrinin yer aldığı siyahıda birinci pilləni “Fənərbaxça” klubunun almaniyalı baş məşqçisi Kristof Daum tutur. Onun kokain istifadəsi ilə bağlı iddiaları rədd etməsi, sonradan isə bununla razılaşması ən məşhur şəxsin işlətdiyi yalanlar arasındadır.

Beləliklə, dünyanın 11 ən məşhur yalançısı aşağıdakılardır:

1. Kristof Daum

Almaniyalı məşqçi 2000-ci ildə kokain istifadə etmədiyini əminliklə bildirirdi. O, hətta könüllü olaraq, saçından analiz də vermişdi. Məhz bu hərəkəti ona baha başa gəlmişdi. Saç analizindən sonra onun kokain istifadə etdiyi müəyyənləşmişdi. Hər halda, uzun çək-çevirin ardından Daumun günahsızlığı üzə çıxmışdı.

2. Bill Klinton
ABŞ-ın sabiq prezidenti 1998-ci ildə katibəsi Monika Levinski ilə cinsi əlaqəyə girmədiyini iddia edirdi. Ancaq sonra bunu etiraf etmək məcburiyyətində qaldı.

3. Pinokyo
İtaliyanın uşaq ədəbiyyatı yazıçısı Karlo Kollodinin qəhrəmanı sayılan Pinokyo yalan danışanda, burnu uzanırdı. Buna görə də Pinokyo yalançılığın rəmzi hesab edilir.

4. Volter Ulbrixt
Almaniya Sosialist Partiyasının lideri Berlin divarı inşa olunmamışdan 2 ay öncə “Heç kimin Berlində divar tikmək niyyəti yoxdur” demişdi...

5. Kollin Pauell
ABŞ-ın sabiq müdafiə naziri İraqda aparılan hərbi əməliyyatlar zamanı həyata keçirilən qətliamları ört-basdır etməyə çalışırdı.

6. Yalançı Yakob
Bu, İkinci Dünya Müharibəsində Polşadakı dostlarını ümidləndirmək üçün savaşın başa çatdığını radiodan eşitdiyini dəfələrlə təkrarlayan roman qəhrəmanıdır.

7. Riçard Nikson
Vaterqeyt qalmaqalında onun otağına dinləmə cihazı yerləşdirilmişdi. Vyetnam müharibəsi və seçki ilə bağlı söylədiklərindən sonra istefa verməli olmuşdu.

8. Baron Münhauzen
XVIII əsrdə yaşayıb və top mərmisi üzərində Aya uçduğunu iddia etməklə, tarixə düşüb.

9. Uve Barxel
Almaniya siyasətçisi, 1982-87-ci illərdə Şxlesviq-Holsteyn vilayətinə rəhbərlik etmiş Barxel seçki zamanı hiyləyə əl atmışdı. Bir müddət sonra ifşa olunan siyasətçi 1987-ci ildə, 43 yaşında ikən intihar etmişdi.

10. Karl May
Almanyada May Vəhşi Qərbdə yaşadıqlarına dair romanlar yazmaqla məşhurlaşıb. Sonradan məlum olub ki, Mayın qərbə heç ayağı dəyməyib.

11. Erik Zabel
Almaniyanın sabiq velosipedçisi bir neçə il dopinqdən yararlanmadığını boynuna almadı. 2007-ci ildə isə mətbuat konfransı keçirib, dopinqdən istifadə etdiyini göz yaşları içərisində etiraf etdi.