Baş nazir futbolçuların butslarını siləcək
16.10.2009 - 18:44
Sloveniyanın baş naziri Borut Paxor milli komandanın 2010-cu il dünya çempionatının final mərhələsinə çıxacağı təqdirdə, futbolçulara özünəməxsus şəkildə mükafatlandıracaq. Apasport.az saytının məlumatına görə, ölkənin rəhbər şəxslərindən biri vəsiqə qazandıqları pley-off oyunlarında uğurlu çıxış müqabilində futbolçuların hər birinin butsunu şəxsən parıldayana kimi təmizləyəcəyinə söz verib.
“İnanıram ki, futbolçular dünya çempionatına yüksəlmək şansından istifadə edəcəklər. Buna bonus olaraq, onların hər birinin ayaqqabısını şəxsən özümün təmizləyəcəyini vəd etmişəm. Nə olub ki? Belə nailiyyət naminə bu addımı atmaq mənə utandırıcı deyil. Axı, ölkəmizin taleyi həqiqətən də futbolçularımızdan asılıdır” - Paxor söyləyib.
Sloveniya 2010-cu il dünya çempionatının seçmə mərhələsinin 3-cü qrupunda 2-ci yeri tutaraq, pley-offa vəsiqə qazanmaqla, ölkədə böyük əks-sədanın yaranmasına səbəb olub. Hətta futboldan uzaq adamlar da artıq milli komanda haqda xəbərləri izləməyə başlayıb. Belə yüksək göstəriciyə imza atan baş məşqçi Matyaj Kekə isə dövlət mükafatının təqdim olunacağı gözlənilir. Sloveniya yığmasının indiyədək ən böyük uğuru 2000-ci ildə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanması olub.
Qeyd edək ki, Sloveniyanın pley-offdakı rəqibi oktyabrın 19-da keçiriləcək püşkatma zamanı bilinəcək. Müəyyənləşdirilən reytinqə əsasən, bu komanda Fransa, Portuqaliya, Rusiya və ya Yunanıstan yığmalardan biri ilə qarşılaşacaq.

0
0