Ağasəlim Mircavadov: Yenə sürprizlər edə bilərəm
16.10.2009 - 23:03
“Standard”la oyuna hazırlığımız davam edir. Rəqib təhlil edilib, futbolçulara bu haqda geniş bilgi verilib. Milli komandanın heyətində yer almış Kamran Ağayevlə Rahid Əmirquliyev, eləcə də moldovalı Denis Kalinkov artıq bizimlədir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Xəzər-Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadov klubun rəsmi saytına açıqlamasında deyib.
Unibank Premyer Liqasının növbəti turu çərçivəsində Sumqayıtın “Standard” klubu ilə səfər oyununa hazırlaşan Lənkəran təmsilçisi indiyədək bu şəhərdə keçirdiyi 9 oyunun hamısında qalib gəlib. Autsayderlə görüş öncəsi bəzi futbolçularla bağlı qayğıları olan Mircavadov heyətdə yenə sürprizlərin olmasını istisna etməyib: “Əgər son 4-5 gün ərzində 180 dəqiqə meydanda olan Kamranla Denisin fiziki və emosional yorğunluğu olacağı ehtimala varsa, Rahidin təcrübəsizliyi yenə narahatlıq doğurur. Soyuqlaması üzündən Fatih Sonkaya həftə ərzində bütün məşqlərə qatıla bilməyib. Qarşıda isə bizi bir həftə ərzində keçirəcəyimiz 3 ağır oyun gözləyir. Hesab edirəm ki, sabah heyətimizdə sürprizlər yenə ola bilər. Ümumiyyətlə, cari çempionatda heyətdə rotasiyasız keçinmək mümkün olmayacaq. Sərəncamımdakı bütün futbolçular istənilən vaxt meydana çıxmağa hazır olmalıdırlar. Türkiyədəki toplanışdan sonra əminliklə söyləyə bilərəm ki, hazırda komandada heç olmasa iki futbolçumuzun layiqli səviyyədə çıxış edə bilməyəcəyi mövqe yoxdur”.
Xatırladaq ki, son məşqini Bakıda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirən “Xəzər-Lənkəran”ın məşqinə zədəli braziliyalı yarımmüdafiəçi Dieqo Souza istisna olmaqla, qalan futbolçular qatılıb.

0
0