Braziliya yığması dünya çempionu ola bilmədi
17.10.2009 - 10:26
Braziliya futbol yığması növbəti dəfə dünya çempionluğunu qazanmaq imkanını əldən verib. Apasport.az saytının məlumatına görə, braziliyalılar Misirdə keçirilən gənclər arasında (20 yaşa qədər) dünya çempionatının finalında gözlənilmədən Qana komandasına uduzublar.
Özü də qanalılar 37-ci dəqiqədə Addonun qırmızı vərəqə alması nəticəsində azlıqda qalıblar. Əsas və əlavə vaxt qolsuz heç-heçə ilə bitdiyindən, qalib oyun sonrası penaltilər seriyasında müəyyənləşib. Həlledici görüşün qəhrəmanı olan qanalı qapıçı Aqei burada da ustalığını nümayiş etdirərək, iki penalti zərbəsini dəf edib. Nəticədə 4:3 hesabı ilə qalib gələn Afrika təmsilçisi dünya çempionu olub.
Maraqlıdır ki, Macarıstan və Kosta-Rika komandaları arasında 3-cü yer uğrunda keçirilən görüş də demək olar, eyni ssenari təkrarlanıb. Matçın əsas və əlavə vaxtı bərabərliklə - 1:1 hesabı ilə nəticələnib, hakim qırmızı vərəqəyə əl atıb və qalibi müəyyənləşdirmək üçün oyunsonrası penaltilər seriyası təyin olunub. “Lotereya”da isə Macarıstanın üzü gülüb - 2:0.

0
0