Foqts hara, Bolqarıstan hara?
17.10.2009 - 13:47
Bolqarıstan milli komandasının sabiq baş məşqçisi Xristo Bonev Azərbaycan yığmasının çalışdırıcısı Berti Foqtsu yada salıb. Apasport.az saytının məlumatına görə, 62 yaşlı Bonev həmyaşıdı olduğu almaniyalı həmkarının yığmamızın baş məşqçi postunda fəaliyyətini nümunə göstərib.
2010-cu il dünya çempionatının seçmə qrup mərhələsi yekunlaşdıqdan sonra Bolqarıstan milli komandasının baş məşqçi postuna kimin təyin olunması müzakirə obyektinə çevrilib. Ölkəsində bütün dövrlərin ən dahi futbolçularından sayılan Bonev də bu məsələyə münasibət bildirib. Həmişə müstəqil, həqiqəti deməkdən qorxmayan bir insan kimi tanınan təcrübəli mütəxəssis Bolqarıstan futbolunun gələcəyi ilə bağlı öz ideyalarını bildirib: “Fikrimcə, milli komandamızın baş məşqçisi bolqar olmalıdır. Biz Avropa səviyyəli Ektor Kuperin fəaliyyətini gördük. O, Gürcüstan yığmasını yatırtdı, işi böyük məyusluq doğurdu. Berti Foqtsun Azərbaycanda işini də gördük. Bizim milli komandaya Bolqarıstan futbolunun mətbəxini yaxşı bilən məşqçi lazımdır”.
Qeyd edək ki, Bonev 1996-98-ci illərdə rəhbərlik etdiyi Bolqarıstan milli komandasının sükanı arxasına gələnədək qısa müddətdə Sofiyanın “Lokomotiv” klubunu çalışdırıb. Həmin vaxt, yəni 1996-cı ilin yayında “Lokomotiv” UEFA kubokunun ilk təsnifat mərhələsi çərçivəsində Bakıda “Neftçi” klubuna 1:2 hesabı ilə uduzub. Bu, klublarımızın avrokuboklarda qazandığı ilk qələbə kimi futbol tariximizə düşüb.

0
0