“Bəzi futbolçularımız milli komandalarında oynadığından onlarda yorğunluq hiss olunurdu”
18.10.2009 - 09:44
Unibank Premyer Liqasının VII turunda Zaqatalada "Karvan"ı qəbul edən "Simurq" ardıcıl 4-cü oyununda qələbə qazanaraq azarkeşlərini sevindirdi. Oyundan sonra baş məşqçilər görüş haqda fikirlərini bölüşüb.
Roman Pokora, "Simurq" komandasının baş məşqçisi: "Qələbə qazandığımıza görə sevinirəm. "Karvan" həmişə çətin rəqib olub. Bəzi futbolçularımız milli komandalarında oynadığından onlarda yorğunluq hiss olunurdu. Lakin, göstərdikləri oyun məni razı saldı."
Yunis Hüseynov, "Karvan" komandasının baş məşqçisi: "Premyer Liqanın liderlərindən birinə qarşı oynadıq. Bugünkü oyuna heyətdə bir sıra itkilərlə çıxmışdıq. Bir sıra aparıcı futbolçuların olmaması oyunumuza təsir etdi."

0
0