Məmmədov razıdır, Abdullayev narazı
18.10.2009 - 09:48
Unibank Premyer Liqasının VII turunda "Qəbələ" yeni stadionda paytaxtın "Olimpik-Şüvəlan" komandasını qəbul etdi. Apasport.az saytının xəbərinə görə, cari mövsüm ilk dəfə doğma azarkeşlər önünə çıxan Ramiz Məmmədovun yetirmələri hesabda geri olmalarına baxmayaraq, yekunda qələbə qazana bildilər.
Oyundan sonra meydan sahiblərinin baş məşqçisi Ramiz Məmmədov bildirib ki, təzə stadiona görə klubun prezidentinə minnətdardır: “Yeni stadionda keçirilən ilk oyunda qələbə qazanmalıydıq və bunu da bacardıq. Uşaqların oyunundan razı qaldım. Komandamız artıq neçənci dəfədir ki, qol buraxandan sonra qol vurur, lakin bu, bir tərəfdən yaxşıdır. Demək ki, futbolçularda qalib gəlmək istəyi daha da artır".
"Olimpik-Şüvəlan" klubunun baş məşqçisi Əsgər Abdullayev isə nəticədən təəssüflənib: "Oyun çətin alındı. Daha bir vacib oyunda xal itirdiyimiz üçün üzülürəm. "Qəbələ"yə gələcək oyunlarda uğurlar arzulayıram. Biz isə öz səhvlərimiz üzərində işləməliyik."

0
0