Bülənt Korkmaz: Mütləq qələbə qazanmalıydım
18.10.2009 - 09:53
Bülənt Korkmaz: Mütləq qələbə qazanmalıydım
Unibank Premyer Liqasının VII turunda Tovuzun "Turan" komandasının qonağı olan son ölkə çempionu "Bakı" yeni baş məşqçisi Bülent Korkmazın rəhbərliyi altında qələbə qazandı. Oyundan sonra komandaların baş məşqçiləri fikirlərini bölüşüb.

Nizami Sadıqov, "Turan" klubunun baş məşqçisi: "Bu gün komandamız çox yaxşı oynadı. Çoxlu qol imkanlarımız oldu, amma biz onları istifadə edə bilmədik. Qol vura bilmədik. Rəqibimizi qələbə münasibəti ilə təbrik edirəm."

Bülent Korkmaz, "Bakı" klubunun baş məşqçisi: "Bu oyuna qələbə üçün çıxmışdıq. Bu mənim birinci oyunum idi və mütləq qələbə qazanmalıydım. Komandamız yenidir və bu nailiyyətlərin davam edəcəyinə inanıram. Əsas məqsədimiz 3 xal idi və onu da qazandıq. Oyunçulardan razı qaldım."