Qurban Qurbanov “Neftçi”nin halına acıyır?
18.10.2009 - 22:00
Qurban Qurbanov “Neftçi”nin halına acıyır?
“Bugünkü oyuna futbolçularımızın bir çoxu yorğun çıxmışdı. Lakin əsas məqsədimiz qalib gəlmək idi və bu tapşırığın öhdəsindən gəldikləri üçün futbolçularıma təşəkkür edirəm”. Apasport.az saytının xəbərinə görə, bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Ölkə çempionatının VII turunda “Neftçi” üzərində qazanılan 1:0 hesablı qələbədən sonra Qurbanov bildirib ki yetirmələrinin sərgilədiyi oyundan razı qalıb. O, daha sonra həmkarına uğurlar arzulayıb: “Vaqif Sadıqovu "Neftçi"nin baş məşqçisi vəzifəsinə təyin olunması münasibəti ilə təbrik edirəm. İnanıram ki, onun gəlişindən sonra "Neftçi" əvvəlki günlərini qaytaracaq. Onlara gələcəkdə uğurlar arzulayıram".