Vaqif Sadıqov yeni komanda yaradır
18.10.2009 - 22:04
Vaqif Sadıqov yeni komanda yaradır
“Komandamız yaxşı oynadı, qələbə qazana bilməsək də, oyundan razı qaldım”. Apasport.az saytının xəbərinə görə, bu sözlər “Neftçi” klubunun baş məşqçisi Vaqif Sadıqova məxsusdur.
O, ölkə çempionatının VII turunda Quzanlıda “Qarabağ” klubuna uduzduqdan sonra bildirib ki, təzə komanda yaratmağa çalışırlar: “İnanıram ki, qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə edəcəyik".