Milli komandamız üçün “Rəvan” rəqib
19.10.2009 - 09:27
Milli komandamız üçün “Rəvan” rəqib
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığmasının (U-17) növbəti rəqibi müəyyənləşib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Oliver Pelzerin yetirmələri qüvvələrini I divizion klubu ilə görüşdə sınayacaq. Belə ki, hazırda təlim-məşq toplanışında olan milli komandamız “Rəvan”la qarşılaşacaq. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçiriləcək matç sabah, oktyabrın 20-də saat 17:00-da başlanacaq.

Qeyd edək ki, 6 turdan sonra hesabında 13 xal olan “Rəvan” komandası I divizionun lideridir.