Milli komandamız sonuncu pilləyə yuvarlandı
26.10.2009 - 10:26
Milli komandamız sonuncu pilləyə yuvarlandı
Qadın futbolçular arasında dünya çempionatının seçmə mərhələsinin növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının da mübarizə apardığı Avropa zonasının VIII seçmə qrupunda iki qarşılaşma baş tutub. Öz meydanında İsveçə 0:3 hesabı ilə uduzan yığmamızın növbəti rəqibi qüvvəsini sınayıb.

Oktyabrın 28-də milli komandamızın qonağı olacaq Uels futbolçuları Çexiya ilə görüşüblər. Britaniyalı xanımlar rəqib meydanında uduzmaqla (1:2), yığmamızı sonucu pilləyə göndəriblər. Uelslilər qalib gələcəkləri təqdirdə, komandamız Çexiyadan öndə qərarlaşa bilərdi.

1

İsveç

2

2

0

0

5-1

6

2

Belçika

2

1

0

1

2-2

3

3

Uels

3

1

0

2

3-3

3

4

Çexiya

2

1

0

1

2-3

3

5

Azərbaycan

1

0

0

1

0-3

0