PFL “donuz qripi” ilə bacarmadı
26.10.2009 - 11:18
Fransa çempionatının X turu çərçivəsində dünən “Velodrom” stadionunda keçirilməli olan “Marsel” – PSJ oyunu “donuz qripi” ucbatından təxirə salınıb. Apasport.az saytının məlumatına görə, bu qərarı Fransanın Peşəkar Futbol Liqasının yarışların keçirilməsi komissiyası qəbul edib. Matçın təxirə salınması PSJ futbolçularının A/H1N1 virusuna üçüncü dəfə yoluxmaları ilə əlaqədardır.
Fransa mətbuatının verdiyi məlumata əsasən, bu virusla xəstələnənlər arasında müdafiəçi Mamadu Saho, yarımmüdafiəçilər Lüdoviq Jili ilə Jeremi Kleman var. Sözsüz ki, adıçəkilənlərdən Jüli daha tanınmışdır. Milli komandasının da formasını geyinmiş 33 yaşlı fransalı yarımmüdafiəçi vətənində “Monako”, “Lion”, İtaliyada “Roma”, İspaniyada “Barselona” klubunda çıxış edib. Fransa çempionluğu, liqa kuboku, İtaliya kubokunu qazanan Lüdoviqin “Barselona”nın heyətində İspaniya çempionu və 2006-cı ildə Çempionlar Liqasının qalibi olub.
Qeyd edək ki, “donuz qripi”nin ilk simptomları Paris klubunun hücumçusu Loris Arno və məşqçilər heyətinin adı çəkilməyən bir üzvündə də aşkarlanıb. Bunun qarşısını almaq məqsədilə PSJ-nin digər futbolçuları və klubun işçiləri yaxın vaxtda peyvənd olunacaqlar. “Marsel” ilə PSJ arasındakı görüşün vaxtı isə sonradan elan olunacaq.

0
0