Türklər Bakıda təəccübləndilər: Burada “teknik direktor”a “baş meşçi” deyirlər
26.10.2009 - 12:02
“Türkiyədən fərqli, Azərbaycanda hər şeyə qarışan, futboldan heç nə anlamayan idarəçilər yoxdur”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Bülənt Korkmaz deyib.
Paytaxt komandasının son tur ərəfəsində keçirdiyi təlim-məşq toplanış zamanı Bakıda olan türk jurnalistlər 41 yaşlı mütəxəssislə yeni iş yeri barədə söhbət ediblər. Ölkəmizə səfəri haqda yazıya “teknik direktora baş meşçi” deyirlər kəşfi ilə yanaşan həmkarlarımız Korkmazın daha çox “Bülənt bey” adlandırılmasını da vurğulayıb.
Mütəxəssisin özü də azərbaycanca bəzi ifadələri öyrəndiyini açıqlayıb: “Burada futbola böyük maraq var. Bu idman növünü çox sevirlər. Bizim 15 il əvvəlki halımızı xatırladırlar. Amma bu fərqi daha tez aradan qaldıracaqlar. Dünya futbolunu da yaxından izləyirlər. Öyrənməyə həvəslidirlər. Onların mənim işə yanaşmama təəccübləndilər. Çünki onlara mənə meydanda baş məşqçi, kənarda böyük qardaş kimi münasibət bəsləmələrini dedim. Azərbaycanda türk kanalları çox izlənildiyindən, dillə bağlı problem olmur. Bizim dildə “kendi” sözünə azərbaycanlılar “özü” deyirlər, bu, mənim çox xoşuma gəlir. Mən də onlara elə “özümüzə dönəlim” deyirəm. Bir də “köməklik” sözünü işlədirlər. Mən də “Azərbaycan futboluna köməklik edəcəyəm” deyirəm”.

0
0