Subaşiç: 40 min dollar əlimdən çıxdı
02.11.2009 - 17:46
Azərbaycan milli komandasının sabiq futbolçusu, Çinin “Çanqçun Yatay” klubunda gümüş medal qazanan Branimir Subaşiçin apasport.az saytına müsahibəsi
- Çində artıq mövsüm bitib. Gələcək planlarınız necədir?
- Hazırda əşyaları toplamaqla məşğulam. Elə bu gün Çini tərk edib, Belqrada qayıdacağam. Bir müddət vətənimdə yaxşıca dincəlib, mövsümün yorğunluğunu çıxartmaq istəyirəm. Sonradan isə klub tapmaq üçün yaxşı hazırlaşmalıyam. Karyeramı harada davam etdirəcəyimi indidən deyə bilmərəm. Bunu zaman göstərəcək. Hər halda, bir daha Çində oynamayacağam. Bu, qəti qərarımdır. Mən buna xeyli əvvəldən özüm üçün dəqiqləşdirmişəm. Çində qalmaq istəmədiyimdən qayıtmaq fikrim yoxdur. Klubla müqaviləm də bitdiyindən sərbəst futbolçu kimi ayrılıram.
- Mövsümü çempion kimi başa vuracağınıza ümid etsək də, sonda yalnız gümüş medalçı oldunuz...
- Biz də çempion olacağımıza sonadək ümid edirdik. Ancaq bizi 1 xal qabaqlayan rəqib üstünlüyünü əldən vermədi. Belə olan halda, son turda qazanılan qələbə qızıl medal qazanmağımıza kömək olmadı. Hər halda, 2-ci yerdə gedən komandanın büdrəməsindən istifadə edərək, gümüş medal qazandıq. Fikrimcə, bu da pis deyil. Çin kimi böyük ölkədə mükafatçı olmaq yaxşıdır.
- 24 oyun keçirib, 3 qol vurduğunuz Çin çempionatının son turunda meydana çıxmadınız. Bunun səbəbi nədir?
- Gümüş medal qazandığımız görüşdə iştirak etməyi çox istərdim. Ancaq zədə buna imkan vermədi. Eybi yox, əsas odur ki, komandamız uğur qazandı.
- İndi vəziyyətiniz necədir?
- Yaxşı. Tam sağalmağıma az qalıb. Müalicəmi artıq vətənimdə başa çatdıracağam. Əsas odur ki, sağ-salamatam və Çini yaxşı əhval-ruhiyyədə tərk edirəm.
- “Neftçi”də 3 il çıxış etsəniz də, orada da çempion ola bilmədiniz. Ümumiyyətlə, karyeranda buna hələ nail olmamısınız...
- “Neftçi”də çempion ola bilmədiyim dövrü yaxşı xatırlayıram. Özü də bir yox, iki dəfə buna çox yaxın idim. Ancaq təəssüf ki, o vaxt da azca çatışmazlıq oldu. Neyləmək olar, qismətinə nə yazılıbsa, o da həyata keçir.
- Lakin bu komandada bir yerdə oynadığınız bolqar yarımmüdafiəçi Svetoslav Stefanov elə “Çanqçun Yatay” klubunda debüt mövsümündəcə ölkə çempionluğu qazanmışdı.
- Həmin vaxt Stefanov Çinə oynamağa gedəndə ora məni heç maraqlandırmırdı. Fikirləşirdim ki, bu, uzaq ölkədir, orada nə işim var. Ancaq sonradan mən də Çinə, məhz Svetoslavın çıxış etdiyi kluba yollanası oldum. Görünür, bu, taleyin işidir.
- Həm Azərbaycan, həm Çin çempionatının gümüş medalçısı oldunuz. “Çanqçun Yatay”, yoxsa “Neftçi”də qazandığınız mükafatı daha uğurlu nəticə sayırsınız?
- “Neftçi”də qazandığım nailiyyəti. Hər halda, bu komandada uğurum daha ürəyimcədir. Açığı, Çində oynamağımın karyeramda irəli və ya geriyə addım olduğunu deyə bilmərəm. Mən bu haqda düşünməmişəm də. “Çanqçun Yatay”da karyeram artıq keçmişdə qalıb. Mən indi irəliyə baxıram. Açığı, Çindəki uğurum mənə elə də böyük sevinc bəxş etmədi. Hansısa güclü hisslər keçirmədim. Sadəcə, hər şey normaldır və buradan yaxşı nəticə ilə gedirəm.
- Vətənə qazandığınız gümüş medalı alıb gedirsiniz, yoxsa?
- Medalımı hələ almamışam. Bu, 15 gün sonra keçiriləcək tədbirdə futbolçulara veriləcək. Mən isə nə həmin vaxta kimi Çində qala, nə də sonradan bura uçub gələ bilərəm.
- Medalınızı heç olmasa göndərəcəklərmi?
- Bəli.
- Bəs göstərdiyiniz nəticəyə görə rəhbərlik sizə mükafat verdimi?
- Yox. Bu da hələ həllini tapmayıb. Ancaq hər halda, medal kimi mükafatımı göndərəcəklər. Bütün bu məsələlər artıq danışılaraq razılaşdırılıb.
- Yeri gəlmişkən, 2-ci yerə görə, sizə nə qədər mükafat verəcəklər?
- Düzünə qalsa, bunu bilmirəm.
- Bəs ölkə çempion olmağınıza görə hansı məbləğdə mükafat vəd olunmuşdu?
- Hər futbolçuya 40 min dollar. Ancaq çempion olmadığımızdan, bu məbləğ əlimizdən çıxdı.
- Gümüş medala görə heç olmasa bunun yarısını - 20 min dollar mükafatçı alacaqsınızmı?
- Bilmirəm. Çünki həqiqətən də veriləcək məbləğ haqda dəqiq məlumatım yoxdur. Səhv məbləğ deyib, sizin yanınızda yalançı olaram.

0
0